PORTFOLİO

Layihələr

Gəncə - Xan Bağı

Gəncəlilərin həm də Sərdar bağı dedikləri bu bağ nəinki Gəncədəki, eyni zamanda Azərbaycandakı ən gözəl və yaşıl parklardan biridir. 1847-ci ildə çarın Qafqazdakı canişini knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınan bağ şəhərin düz mərkəzində yerləşir. Gəncədə aparılan təmir-bərpa işləri zamanı bağın 11000 kvadrat metrlik hissəsində tamet döşəmə bərpa olunub və qismən yenilənib. 660 kvadrat metrlik süni göl əsaslı təmir olunub. 6990 kvadrat metrlik aqlay üzlük restavrasiya olunub. Bağda həmçinin 3000 ədəd kol əkilib, 8 yeni oturacaq qoyulub, 113 oturacaq bərpa olunub. Parkda 162 işıq dirəyi quraşdırılıb.