PORTFOLİO
Layihələr
Gəncə - Nizami Gəncəvi parkı
Bakı Abadlıq Xidməti tərəfindən parkın 4000 kvadrat metrlik sahəsinə tamet daşlar döşənib. Ərazinin tam işıqlandırılması üçün 36 ədəd işıq dirəyi quraşdırılıb. Parka 36 ədəd yeni metal oturacaq qoyulub. Şəhər sakinlərinin istirahəti üçün yeni fəvvarə qurulub. Parkın ərazisində 3450 kvadrat metrlik hissəyə qazon salınıb. Yaşıllığı artırmaq üçün 100 ədəd ağac, 10000 ədəd kol əkilib. Parka 38 ədəd yeni dibçək qoyulub. Parkdakı “Nizami” kinoteatrının fasadı təmir olunub.

