PORTFOLİO

Layihələr

Gəncə - Fikrət Əmirov parkı

Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Gəncədə dünyaya gəlmiş böyük bəstəkar Fikrət Əmirovun adını daşıyan park şəhər sakinlərinin sevdikləri məkanlardan biridir. Şəhərdəki böyük bərpa işləri çərçivəsində bu parkda çox iş görülüb. 8000 kvadrat metrlik əraziyə qazon döşənib. Parkda 100 ədəd ağac, 5000 ədəd kol əkilib. Yaşayış binalarının arasında yerləşən park 75 ədəd oturacaqla təmin olunub.