Bakı Abadlıq Xidməti Şüvəlanda
Bakı kəndlərində ardıcıl aparılan abadlıq, bərpa prosesi çərçivəsində Şüvəlan qəsəbəsindəki işlər yeni sürət alıb. Layihə üzrə qəsəbənin müəyyən küçələrində evlərin fasadları suvanır, rənglənir. Darvazaların boyaları yenilənir. Aqlay örtüklü divarların təmizlənməsi yüksək təzyiqli su cihazları vasitəsilə həyata keçiriir. Bu zaman divarlar ekoloji təmiz kimyəvi maddələrlə yuyulub təmizlənir.
Şüvəlan sakinləri üçün həssas məkanlardan biri tarixi kənd qəbiristanlığıdır. BAX əməkdaşları burada da səliqə sahman yaradır, təmizlik işləri aparırlar, hasarların sökülən yerləri bərpa olunur.
Abadlıq hər kəsin ürəyincədir. Dənizə yaxın, havası təmiz bu kənd yaxın zamanda turistlər üçün də cəlbedici məkana çevriləcək.

